Azərbaycan XİN Portuqaliyaya başsağlığı verib.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-nin "X" hesabında paylaşım edilib.
"Lissabonun Qloriya xəttində funikulyorun relsdən çıxması ilə baş verən faciəvi hadisə bizi dərindən kədərləndirir:
Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik".