Azərbaycan Qran-prisində birinci sərbəst yürüş davam etdirilib - YENİLƏNİB

Əziz Əzizli
Azərbaycan Qran-prisində birinci sərbəst yürüş davam etdirilib - YENİLƏNİB

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüş davam etdirilib.

Operativ Media-nın məlumatına görə, müvəqqəti dayanmaya səbəb olan trasın üzərində aşkarlanan maneə aradan qaldırılıb.

Qeyd edək ki, bu gün start götürən Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

***

12:52

Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüş dayandırılıb.

Operativ Media-nın məlumatına görə, buna səbəb trasın üzərində maneənin olmasıdır.

Nəticədə qırmızı bayraq qaldırılıb.

Problem həll ediləndən sonra sessiya davam etdiriləcək.

Qeyd edək ki, bu gün start götürən Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

Digər xəbərlər