"Barselona" - PSJ matçının keçiriləcəyi stadion bilindi

Əziz Əzizli
"Barselona" - PSJ matçının keçiriləcəyi stadion bilindi

Çempionlar Liqasının 2-ci turu çərçivəsində keçiriləcək "Barselona" - PSJ matçı "Olimpik Lluis Companys" stadionunda baş tutacaq.

Operativ Media xəbər verir ki, bu haqda Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

"Klub yaxın aylarda "Spotify Camp Nou"nu açmaq üçün,lazımi inzibati icazələri almaq üçün fəal işləməyə davam edir", - deyə klubdan bildirilib.

"Barselona" 2023/24 və 2024/25 mövsümlərində "Camp Nou"nun təmiri zamanı təxminən 52.000 tamaşaçı tutumuna malik "Olympic Lluís Companys"də ev oyunlarını keçirib. Kataloniyalılar cari mövsümdə bir ev oyununu 6000 tamaşaçı tutumuna malik "Yohan Kroyff Arena"da keçirib.

Digər xəbərlər