Ermənistan MTX-nin direktoru Bakıya gəlir

Nərmin Qocamanlı
Ermənistan MTX-nin direktoru Bakıya gəlir

Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyan Bakıda keçiriləcək beynəlxalq forumda iştirak edəcək.

Operativ Media xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda deyilir.

"Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin direktoru başda olmaqla nümayəndə heyəti cari ilin 19–21 sentyabr tarixlərində Bakıda keçiriləcək “3-cü Beynəlxalq Təhlükəsizlik Forumu”nda iştirak edəcək", - məlumatda qeyd olunub.

Digər xəbərlər