İrəvanda keçirilən NATO PA-nın seminarında Azərbaycandan olan spikerlər iştirak edib

Şəfa Hüseynli
İrəvanda keçirilən NATO PA-nın seminarında Azərbaycandan olan spikerlər iştirak edib

İrəvanda keçirilən NATO Parlament Assambleyasının 108-ci ikigünlük Rose-Roth Seminarında Türkiyə və Azərbaycandan da spikerlər iştirak edib.

Operativ Media xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Seminarda Ermənistanın müdafiə naziri  Suren Papikyan çıxış edərək bildirib ki, "hazırda Ermənistan Müdafiə Nazirliyi Fransa və ABŞ-dan davamlı ixtisaslaşmış məsləhət yardımı alır, Yunanıstan isə bir sıra sahələrdə koordinasiyalı yardım göstərir.

Hazırda bu sahədə ilkin səylər yeni model və standartlarla strateji sənədlərin işlənib hazırlanmasına, Silahlı Qüvvələrin strukturunun və komandanlıq sisteminin modernləşdirilməsinə, Silahlı Qüvvələrin təhsil və təlim imkanlarının, dövlətin digər sahələrinin inkişafı, təhsil və təlim imkanlarının artırılmasına yönəlib".
 

Digər xəbərlər