Mikayıl Cabbarov Monteneqronun turizm naziri ilə görüşüb

Şəfa Hüseynli
Mikayıl Cabbarov  Monteneqronun turizm naziri ilə görüşüb

Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Monteneqronun turizm naziri xanım Simonida Kordiç ilə görüş keçirilib. 

Operativ Media xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib. 

"Azərbaycanın Monteneqro ilə iqtisadi əlaqələrin inkişafına önəm verdiyini vurğuladıq. İki ölkə arasında iqtisadi əməkdaşlığın, o cümlədən ticarət, investisiya və nəqliyyat sahələrində birgə fəaliyyətin möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi apardıq. Forum bu baxımdan yeni imkanlar yaratmaq üçün əhəmiyyətli platformadır”.- nazir qeyd edib.
 

Şəkil Qalereyası

Mikayıl Cabbarov  Monteneqronun turizm naziri ilə görüşüb - Şəkil 1

Digər xəbərlər