Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” işə başlayıb - YENİLƏNİB

Nərmin Qocamanova
Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” işə başlayıb - YENİLƏNİB

Sentyabrın 24-də Elm və Təhsil Nazirliyinin dəstəyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin birgə təşkilatçılığı ilə “THE Avrasiya Universitetlərinin Sammiti”nin açılış mərasimi keçirilib.

Elm və Təhsil Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, nazir Emin Əmrullayev çıxışında sammitin Bakıda keçirilməsindən məmnunluğunu ifadə edib.

Nazir ali təhsilin əsas missiyasının insan kapitalının inkişafı və cəmiyyət üçün əlavə dəyərin yaradılması olduğunu vurğulayıb, həmçinin ali təhsilin əlçatanlığı, keyfiyyət və kəmiyyət arasında balansın qorunması, beynəlxalq tələbə mübadiləsində ədalətli yanaşma və sosial bərabərliyin təmin olunması kimi məsələlərin müzakirə olunmasının vacibliyini bildirib.

Emin Əmrullayev xarici universitetlər və institutlar arasında əməkdaşlığın əhəmiyyətini nəzərə çatdıraraq Avrasiya kimi önəmli regionda elmi araşdırmaların aparılmasının faydalılığı və Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə verə biləcəyini deyib. Çıxışının sonunda nazir sammitin əməkdaşlıq və yeni ideyalar üçün mühüm əhəmiyyətini qeyd edib.

 “Times Higher Education” beynəlxalq reytinq agentliyinin Qlobal məsələlər üzrə baş direktoru Fil Bati Azərbaycanın elm və təhsil sahəsində beynəlxalq əməkdaşlıq üçün unikal platforma yaratdığını bildirib. Eyni zamanda 2026-cı ildə açıqlanacaq dünya universitetləri reytinqində Azərbaycan universitetlərinin sayının əvvəlki illə müqayisədə iki dəfə artaraq 4-ə çatacağını deyib.

Sammitdə çıxış edən Con fon Neyman Universitetinin Müşahidə Şurasının sədri Norbert Csizmadia isə universitetlər, sənaye və hökumətlərin birgə fəaliyyətinin qlobal problemlərə cavab verən dinamik tədqiqat ekosistemləri yaratmaq baxımından əhəmiyyətini vurğulayıb. O, transmilli tədqiqatın biliklərə ədalətli çıxış və yeni həllərin tapılmasına mühüm töhfə verəcəyini qeyd edib.

Sammitin birinci günündə transmilli tədqiqatların qlobal təsiri, ali təhsilin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfəsi, Avrasiya universitetləri arasında əməkdaşlıq imkanları və beynəlxalq tələbə mobilliyi mövzularında panel müzakirələri aparılıb.

Qeyd edək ki, “THE Avrasiya Universitetlərinin Sammiti” 24-25 sentyabr tarixlərini əhatə edir.

***

10:00

Elm və Təhsil Nazirliyinin dəstəyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin birgə təşkilatçılığı ilə Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” keçirilir.

Operativ Media xəbər verir ki, sentyabrın 24-25-i tarixlərini əhatə edən Sammit bu il “Transmilli tədqiqat: bilikdən qlobal təsirə doğru” mövzusuna həsr olunub.

Sammitdə 300-dən çox iştirakçı, 150-dən artıq müəssisə və 20-dən artıq ölkə üzrə 50-dən çox beynəlxalq və yerli spiker qlobal tədqiqat əməkdaşlıqları Avrasiya universitetlərinin sosial-iqtisadi inkişafa verdiyi töhfələr, eləcə də Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri istiqamətində ali təhsilin rolu ilə bağlı müzakirələr aparacaq.

Sammitdə aşağıda qeyd olunan istiqamətlər üzrə müzakirələr aparılacaq:

∙ Qlobal tədqiqatın təsiri: Avrasiya regionunun güclü tərəflərindən faydalanma

∙ Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaqda ali təhsilin rolu

∙ Qitələri əlaqələndirmək: əməkdaşlıq və innovasiya imkanları

Tədbirin əsas panel və sessiyalarında elm və təhsil naziri Emin Əmrullayev, Macarıstanın mədəniyyət və innovasiya naziri Balazs Hanko, THE-nin qlobal məsələlər üzrə baş direktoru Fil Beyti, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Əbu-Dabi Universitetinin rektoru Qassan Aouad, Nazarbayev Universitetinin rektoru Vaqar Əhməd, Obuda Universitetinin rektoru Levente Kovak, Konstraktor Universitetinin icraçı direktoru Tomas Auf der Heyde və digər nüfuzlu təhsil liderləri çıxış edəcəklər.

Şəkil Qalereyası

Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” işə başlayıb - YENİLƏNİB - Şəkil 1
Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” işə başlayıb - YENİLƏNİB - Şəkil 2
Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” işə başlayıb - YENİLƏNİB - Şəkil 3
Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” işə başlayıb - YENİLƏNİB - Şəkil 4
Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” işə başlayıb - YENİLƏNİB - Şəkil 5
Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” işə başlayıb - YENİLƏNİB - Şəkil 6
Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” işə başlayıb - YENİLƏNİB - Şəkil 7
Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” işə başlayıb - YENİLƏNİB - Şəkil 8
Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” işə başlayıb - YENİLƏNİB - Şəkil 9
Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” işə başlayıb - YENİLƏNİB - Şəkil 10
Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” işə başlayıb - YENİLƏNİB - Şəkil 11
Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” işə başlayıb - YENİLƏNİB - Şəkil 12
Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” işə başlayıb - YENİLƏNİB - Şəkil 13
Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” işə başlayıb - YENİLƏNİB - Şəkil 14
Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” işə başlayıb - YENİLƏNİB - Şəkil 15
Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” işə başlayıb - YENİLƏNİB - Şəkil 16
Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” işə başlayıb - YENİLƏNİB - Şəkil 17
Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” işə başlayıb - YENİLƏNİB - Şəkil 18

Digər xəbərlər