Ağ Evdə ABŞ prezidenti Donald Tramp ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüş başa çatıb.
Operativ Media xəbər verir ki, görüş 2 saata yaxın davam edib.
Görüşün detalları ilə bağlı Türkiyə Prezident Administrasiyasının Mətbuat xidməti tərəfindən yazılı açıqlama veriləcəyi gözlənilir.
19:25
ABŞ-da səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Tramp ilə görüşü başlayıb.
Operativ Media xəbər verir ki, görüşdə iki lider ticarət, investisiya və müdafiə sənayesi başda olmaqla ikitərəfli əməkdaşlığı gücləndirəcək məsələləri müzakirə edəcəklər.
Bundan əlavə, F-35 proqramı, Suriya, Qəzzadakı vəziyyət və Rusiya-Ukrayna müharibəsi kimi mövzuların da gündəmə gələcəyi gözlənilir.