UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Kopenhagen" (Dabimarka) oyununa satılan bilet sayı açıqlanıb.
Operativ Media Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, matça 27,500 bilet satılıb.
Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək.