Almaniya pilotsuz uçuş aparatları (PAU) ilə bağlı insidentdən sonra mümkün casusluq və təxribatla bağlı araşdırmalara başlayıb.
Operativ Media xəbər verir ki, bu barədə Şlezviq-Holştayn federal torpağının daxili işlər naziri Sabina Zütterlin-Vak məlumat verib.
O, dronların dünən gecə aşkarlandığını, bundan sonra yerli hakimiyyət orqanlarının araşdırmaya başlamaq qərarına gəldiyini bildirib.
"Qismən Danimarka və digər Avropa ölkələrində baş verən son hadisələrə görə Şlezviq-Holştayn federal hökumət və Almaniya Silahlı Qüvvələri ilə sıx və davamlı əməkdaşlıq edir", - o deyib.
19:27
Almaniyanın şimalındakı Şlezviq-Holşteyn əyalətində cümə gününə keçən gecə bir neçə naməlum dron aşkarlanıb.
Operativ Media xəbər verir ki, polis casusluq və ya təxribat ehtimalını istisna etmir.
Ştat polisi Almaniyanın şimal əyalətlərində pilotsuz təyyarələrdən müdafiə sistemini əhəmiyyətli dərəcədə gücləndirib.