Bosfor boğazı hər iki istiqamətdə bağlanıb

Şəfa Hüseynli
Bosfor boğazı  hər iki istiqamətdə bağlanıb

Rusiyaya gedən gəmidə nasazlıq yarandığı üçün Bosfor boğazı hər iki istiqamətdə müvəqqəti bağlanıb. 

Operativ Media xəbər verir ki, bu barədə "A Haber"  telekanalı məlumat yayıb. 

Bildirilib ki, Bandırma limanından Rusiyaya gedən 98 metrlik yük gəmisinin mühərrikində nasazlıq yaranıb.

Sahil Mühafizəsi gəmiyə qayıq və yedək gəmiləri göndərib. Gəmi tranzit marşrutundan çıxarıldıqdan sonra boğazda hərəkət bərpa olunacaq.  



Şəfa Hüseynli

 

 

Digər xəbərlər