Filippində 6,9 bal gücündə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 30-a çatıb, 37 nəfər yaralanıb.
Bu barədə Operativ Media "ABS-CBN News"a istinadən xəbər verir.
Təcili yardım mərkəzi bildirib ki, meyitlər Sebu əyalətindəki Boqo şəhər xəstəxanasına gəlməkdə davam edir.
Hakimiyyət orqanlarının məlumatına görə, San-Remixio əyalətində idman-istirahət kompleksi çöküb, insanlar dağıntılar altında qalıb. Hazırda axtarış-xilasetmə əməliyyatı aparılır.
05:57
***
Filippində 6,9 bal gücündə baş verən zəlzələ nəticəsində azı 20 nəfər ölüb.
Operativ Media xəbər verir ki, bu barədə "ABS-CBN News" məlumat yayıb.
Qeyd olunub ki, San-Remihio bələdiyyəsində idman-istirahət kompleksi çöküb, insanlar dağıntılar altında qalıb. Hazırda axtarış-xilasetmə əməliyyatı aparılır.
Filippin Vulkanologiya və Seysmologiya İnstitutunun məlumatına görə, tektonik mənşəli zəlzələnin episentri Sebu əyalətinin Boqo şəhərindən təxminən 20 kilometr şimal-şərqdə, 5 kilometr dərinlikdə yerləşib.