Konqonun keçmiş prezidenti ölüm cəzasına məhkum edilib

Şəfa Hüseynli
Konqonun keçmiş prezidenti ölüm cəzasına məhkum edilib

Konqo Demokratik Respublikasının (KDR) keçmiş prezidenti Cozef Kabila dövlətə xəyanətdə ittiham olunaraq qiyabi ölüm cəzasına məhkum edilib.

Operativ Media xəbər verir ki, bu barədə "Le-Figaro" məlumat yayıb.

Bildirilib ki, Ruandanın dəstəklədiyi 23 Mart Hərəkatı (M23) silahlı hökumət əleyhinə qrupla əməkdaşlıq etməkdə təqsirli bilinib. Keçmiş prezident məhkəmədə iştirak etməyib.

May ayında hökumətin təşəbbüsü ilə keçmiş prezidentin ömürlük senator toxunulmazlığı götürülüb və iyulda onun məhkəməsi başlayıb.

Onun hazırda harada olduğu açıqlanmır.

Digər xəbərlər