Prezident: Dövlət xətti ilə dünyanın aparıcı ali məktəblərində təhsil alan tələbələrin sayı minlərlədir

Nərmin Qocamanova
Prezident: Dövlət xətti ilə dünyanın aparıcı ali məktəblərində təhsil alan tələbələrin sayı minlərlədir

"Mən Prezident vəzifəsinə seçiləndən sonra demək olar ki, dərhal göstəriş vermişdim ki, Azərbaycan vəsaiti hesabına dünyanın aparıcı ali məktəblərinə Azərbaycan gəncləri ezam edilsin, onların bütün xərcləri dövlət tərəfindən ödənilsin və onlar yaxşı oxuyub Vətənə yaxşı mütəxəssislər kimi qayıtsınlar".

Operativ Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev bu gün İtaliya-Azərbaycan Universitetinin açılışı zamanı çıxış edərkən bildirib.

"Bu günə qədər dövlət xətti ilə dünyanın aparıcı ali məktəblərində təhsil alan tələbələrin sayı minlərlə ölçülür. Ondan sonrakı mərhələdə qərara gəldik ki, eyni zamanda, Azərbaycanın daxilində təhsil sisteminin inkişafı ilə bağlı beynəlxalq əməkdaşlıq məsələlərinə də diqqətlə yanaşaq", - o, qeyd edib.

Digər xəbərlər