Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 1-də Danimarkanın Baş naziri Mette Frederiksenin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirak etmək üçün bu ölkəyə işgüzar səfərə gəlib.
Operativ Media xəbər verir ki, Kopenhagen şəhərinin beynəlxalq aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər qarşılayıblar.
17:16
Sabah Danimarkanın paytaxtı Kopenhagendə Avropa Siyasi Birliyinin iclası keçiriləcək.
Operativ Media xəbər verir ki, tədbirə 47 dövlət və hökumət başçısı dəvət olunub.
Dəvət olunan şəxslər arasında Azərbaycan Prezidenti İlham Əliyev də var.
Şəkil Qalereyası



