Xəbər verdiyimiz kimi, paytaxtın Nəriman Nərimanov rayonu ərazisində yerləşən Dədə Qorqud parkında gölün üzərindəki taxta döşəmələr yararsız hala düşüb. Burada hərəkət edən vətəndaşlar üçün təhlükəli vəziyyət yaranıb.
Məsələ ilə bağlı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentindən Operativ Media-nın sorğusuna cavab olaraq bildirilib ki, əraziyə baxış keçirilib, mövcud nasazlıqlar və çatışmazlıqlar müəyyən olunub:
“Yaxın müddətdə həmin ərazidə təmir işlərinə başlanılması planlaşdırılır və bütün qeyd edilən problemlərin aradan qaldırılması nəzərdə tutulur”.
Ayşən Sadıxzadə