Çempionlar Liqası: "Qarabağ" nəhəng klublar arasında

Əziz Əzizli
Çempionlar Liqası: "Qarabağ" nəhəng klublar arasında

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin iki turundan sonra 8-likdə yer alan komandaların ümumi bazar dəyərləri açıqlanıb.

Operativ Media xəbər verir ki, siyahıda Avropanın ən bahalı klubları ilə yanaşı, Azərbaycan təmsilçisi “Qarabağ” da yer alıb.

Cədvələ görə ən yüksək dəyərə malik komanda İspaniyanın “Real Madrid” klubudur – 1,40 milyard avro. Onların ardından “Arsenal” (1,33 milyard avro) və “Mançester Siti” (1,23 milyard avro) gəlir. Fransanın nəhəngi PSJ isə 1,07 milyard avro ilə ilk üçlüyün bir addımlığında qərarlaşıb.

Digər nəhənglərdən “Bavariya” (907 milyon avro), “Inter” (708 milyon avro) və “Borussiya Dortmund” (438 milyon avro) da yüksək dəyərləri ilə diqqət çəkir.

Bu mötəbər turnirdə böyük büdcəli klubların arasında Azərbaycan təmsilçisi “Qarabağ” xüsusi olaraq fərqlənir. "Atlılar"ın bazar dəyəri cəmi 24 milyon avrodur. Bu rəqəm onu rəqiblərindən dəfələrlə geri qoysa da, komanda nəticələri ilə Avropanın ən bahalı klublarına meydan oxumağı bacarıb.

Beləliklə, Çempionlar Liqasında yalnız meydanda deyil, iqtisadi baxımdan da maraqlı qarşıdurma yaşanır. Milyardlarla dəyəri olan superklubların arasında 24 milyon avroluq “Qarabağ” möcüzəsi də var.

Şəkil Qalereyası

Çempionlar Liqası: "Qarabağ" nəhəng klublar arasında - Şəkil 1

Digər xəbərlər