Qazaxıstan və Macarıstan prezidentləri görüşüb

Şəfa Hüseynli
Qazaxıstan və  Macarıstan prezidentləri  görüşüb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Macarıstan Prezidenti Tamaş Şuyok ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər. Qazaxıstan və Macarıstan arasında mədəni və təhsil əlaqələrinin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər aktual beynəlxalq problemlər və çoxtərəfli strukturlar çərçivəsində əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar.



Şəfa Hüseynli

Digər xəbərlər