Ermənistan Azərbaycanla nəqliyyat əlaqələrini mümkün qədər tez bərpa etməkdə maraqlıdır

Nərmin Qocamanova
Ermənistan Azərbaycanla nəqliyyat əlaqələrini mümkün qədər tez bərpa etməkdə maraqlıdır

"Azərbaycanla dəmir yolunun tikintisi ən azı iki il çəkə bilər. Lakin biz maraqlıyıq ki, Ermənistan və Azərbaycan arasındakı əlaqələr mümkün qədər tez bərpa olunsun və istifadəyə verilsin".

Operativ Media xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan "TVP World"ə müsahibəsində bildirib.

"Bu, həm bizim, həm də digər maraqlı tərəflərin xeyrinə olacaq. Eyni zamanda, biz bu marşrutdan istifadə edərək malların daşınmasını həyata keçirə bilərik, Azərbaycanın infrastrukturundan və ərazisindən keçməklə. Bu əsasən nəqliyyat və logistika imkanlarını əhatə edir", - Mirzoyan qeyd edib.

____________________

✍️ Nərmin Qocamanlı

Digər xəbərlər