Azərbaycan - Fransa münasibətləri yeni mərhələyə qədəm qoyur? - ŞƏRH

Nərmin Qocamanova
Azərbaycan - Fransa münasibətləri yeni mərhələyə qədəm qoyur? - ŞƏRH

“Avropa Siyasi Birliyi”nin 7-ci Sammiti çərçivəsində Azərbaycan Prezidentinin bir çox dünya liderləri ilə görüşləri və təmasları oldu. İstənilən təmas zamanı Azərbaycan liderinə göstərilən yüksək ehtiramın şahidi olduq"

Bu fikirləri Operativ Media-ya açıqlamasında deputat Azər Badamov deyib. 

Azər Badamov haqqında yayılan xəbəri təkzib etdi: “Mən səsvermədə iştirak  etmişəm” | Modern.az

O bildirib ki, görüşlərdən ən diqqətçəkəni Fransa Prezidenti Emmanuel Makron ilə olan görüşdür: “ATƏT-in Minsk Qrupunun buraxılması, Fransanın illərdir sərgilədiyi mövqe, nəhayət Vaşinqtonda imzalanan sənədlərdən sonra demək olar ki, hər kəsin fokusu bu görüşə yönəlmişdi. 

Görüşün müsbət keçdiyini demək qədər, həm də Azərbaycanın qətiyyətinin reallığı qəbul etdirməyə müvəffəq, qadir olduğunu demək olar. Makronun Fransanın bu prosesi dəstəkləyəcəyini dediyinin şahidi olduq. Regiona sülh gəlməlidir. İstər Fransanın, istərsə də ayrı-ayrı aktorların, maraq qruplarının əldə olunan razılaşmalara zərbə vurması, kölgə salması qəbul olunmazdır. Yaradılan reallıqlardan kənar bir reallıq mövcud deyil. Odur ki, Ermənistanı reallıqlardan uzaq bir yola salıb azdırmaq olmaz. 

Sadəcə ikitərəfli və çoxtərəfli müzakirələr zamanı deyil, ayaqüstü görüşlər zamanı da Azərbaycan liderinə göstərilən yüksək diqqətin, hörmətin şahidi oluruq. Albaniyanın Baş naziri Edi Ramanın da ayaqüstü söhbət zamanı Makrona “Ancaq Ermənistan ilə maraqlanırsınız” deməsi də təsadüfi deyil. Bu ona sübutdur ki, Fransanın obyektivlikdən kənar, birtərəfli qaydada Ermənistanı dəstəkləməsini sadəcə biz görür və demirik. Bu faktı bütün liderlər görür və dilə də gətirirlər. 

Bundan əlavə, görüşdə Azərbaycanla Fransa arasında əlaqələrin indiki vəziyyəti və gələcək perspektivləri ətrafında müzakirənin aparılması da o deməkdir ki, Fransa-Azərbaycan münasibətlərində get-gedə istilik müşahidə olunacaq”.
 

✍️ Ayşən Sadıxzadə

Digər xəbərlər