ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, ABŞ Prezidentinin keçmiş baş müşaviri Cared Kuşner Misirə səfər edəcəklər.
Operativ Media xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsi məlumat yayıb.
"Stiv Uitkoff və Cared Kuşner bu gün Misirə gedəcəklər ki, girovların azad edilməsi prosesinin texniki detalları və davamlı sülh sazişinin müzakirəsini tamamlasınlar", - deyə o yazıb.
Şəfa Hüseynli