Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən XI Bakı Beynəlxalq Kitab Sərgisi davam edir.
Operativ Media xəbər verir ki, baş tutan sərgiyə Mədəniyyət naziri Adil Kərimli də qatılıb.
Qeyd edək ki, sərgidə 23 ölkədən 68 xarici təşkilat (Türkiyə, İtaliya, ABŞ, Argentina, İngiltərə, Litva, Qətər, İndoneziya, İspaniya, Çin, Cənubi Koreya və s.) və 123 yerli nəşriyyat, poliqrafiya və kitab sənəti ilə məşğul olan müəssisə iştirak edir. İspaniya, Küveyt və İndoneziya Bakı sərgisinə ilk dəfə qatılır.
Sərgi çərçivəsində təqdimat zonalarında, stendlərdə, konfrans otaqlarında ümumilikdə 220-dən çox tədbirin keçirilməsi nəzərdə tutulur.