Fransanın Baş naziri Sebastyan Lökornü istefasının səbəbini ölkədəki siyasi partiyalar arasında kompromisə nail olmağın mümkünsüzlüyü ilə izah edib.
Operativ Media xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.
“Baş nazir olmaq çətin vəzifədir, xüsusilə də indiki dövrdə”, – deyə siyasətçi bildirib.
Sebastyan Lökornü qeyd edib ki, irəliyə yol açmağa çalışsa da, siyasi partiyaların “iştahası” bu prosesi demək olar ki, mümkünsüz edib.
“Hər bir siyasi partiya sanki parlamentdə mütləq çoxluğa sahibmiş kimi davranır”, – deyə o vurğulayıb.
Xatırladaq ki, Sebastyan Lökornü oktyabrın 6-da, təyin olunmasından cəmi bir ay keçməmiş Baş nazir postundan istefa verib.
11:48
Fransanın Baş naziri Sebastien Lekornu vəzifəsindən azad edilməsi ilə bağlı ərizə yazıb.
Operativ Media xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.
Bildirilib ki, Fransa Prezidenti Emmanuel Makron onun istefasını qəbul edib.