Şirvanda TƏBİB-in əməkdaşı bıçaqlanıb, cinayayət işi açılıb

Nərmin Qocamanova
Şirvanda TƏBİB-in əməkdaşı bıçaqlanıb, cinayayət işi açılıb

Oktyabrın 6-da saat 18 radələrində Şirvan şəhər sakini 1986-cı il təvəllüdlü Lamiyə Qanbayevanın “bədənin çoxsaylı kəsilmiş-deşilmiş yaraları” diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Şirvan şəhər prokurorluğundan Operativ Media-ya verilən məlumata görə, aparılmış araşdırma zamanı 1988-ci il  Tural Qanbayevin kəsici-deşici alətlə xəsarətlər yetirməklə  Lamiyə Qanbayevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

T.Qanbayev hadisədən sonra sirkə turşusu içərək özünü öldürməyə cəhd edib, hazırda xəstəxanada stasionar müalicəsi davam edir, vəziyyəti ağırdır. 

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Digər xəbərlər