21 yaşadadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da keçiriləcək Çexiya – Azərbaycan oyununun hakimləri müəyyənləşib.
Operativ Media xəbər verir ki, Bakı vaxtı ilə saat 20:00-da Karvina şəhər stadionunda baş tutacaq qarşılaşmanı Şimali Makedoniyadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Yovan Kaçevski olacaq. Ona Daniel Vasilevski və Aleksandar Gyorgyeski kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Krumislav Gyorgiev yerinə yetirəcək.