Madaqaskarda hökumət əleyhinə kütləvi etirazlar baş verib

Şəfa Hüseynli
Madaqaskarda hökumət əleyhinə  kütləvi etirazlar baş verib

Madaqaskarda hökumət əleyhinə etiraz aksiyaları təşkil edən "Z nəsli hərəkatı" Prezident Andry Rajoelinaya ultimatum verib.

Operativ Media xəbər verir ki, bu barədə "Orange" məlumat yayıb.

Bildirilib ki, etirazçılar 48 saat ərzində tələblərinin yerinə yetirilməsini istəyiblər.

Etirazçılar Prezidentin istefasını və hökumətin siyasətinin əsaslı şəkildə dəyişdirilməsini, həmçinin su və elektrik enerjisinin nizamlı şəkildə bərpasını tələb edir.

Digər xəbərlər