Füzuli məscidinin təməli qoyulub - YENİLƏNİB

Nərmin Qocamanova
Füzuli məscidinin təməli qoyulub - YENİLƏNİB

Oktyabrın 7-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov və Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak edən digər dövlət və hökumət başçıları Türkmənistan tərəfindən Füzulidə tikiləcək məscidin onlayn formatda təməlini qoyublar.

Operativ Media xəbər verir ki, Türkmənistan tərəfindən Füzulidə inşa ediləcək məscid kompleksinin ümumi ərazisi 1 hektardan çox olacaq. Məscid binasında hər biri 40 metr olmaqla 2 minarə inşa ediləcək. Əsas günbəzin hündürlüyü isə 30 metr təşkil edəcək. Burada eyni vaxtda 500 nəfər ibadət edə biləcək.

Qeyd edək ki, Qarabağın və Şərqi Zəngəzurun bərpası istiqamətində Azərbaycan dövlətinin gördüyü işlərə TDT-yə üzv və müşahidəçi ölkələr də öz töhfələrini verir. Belə ki, Türkmənistan tərəfindən Füzulidə məscidin tikintisi ilə yanaşı, bu rayonda Özbəkistan tərəfindən Mirzə Uluqbəy adına məktəbin, Qazaxıstan tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin, Ağdamda Qırğızıstan tərəfindən Manas adına məktəbin tikilib istifadəyə verilməsi, Macarıstan tərəfindən Cəbrayılda məktəb binasının tikilməsi, Türkiyə şirkətlərinin bir çox tunel, körpü və yolların inşasında iştirakı bunun əyani göstəricisidir.

***
15:36

Füzuli məscidinin təməlqoyma mərasimi keçirilib.

Operativ Media xəbər verir ki, Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşünün iştirakçıları prosesi onlayn formatda izləyiblər.

"Əziz qardaşım, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov iyul ayında Qarabağa səfəri zamanı Füzulidə Türkmənistan tərəfindən məscidin tikintisini təklif edib. Biz bu hədiyyəyə görə qardaş Türkmənistana təşəkkür edirik", - Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bildirib.

 

Şəkil Qalereyası

Füzuli məscidinin təməli qoyulub - YENİLƏNİB - Şəkil 1
Füzuli məscidinin təməli qoyulub - YENİLƏNİB - Şəkil 2
Füzuli məscidinin təməli qoyulub - YENİLƏNİB - Şəkil 3
Füzuli məscidinin təməli qoyulub - YENİLƏNİB - Şəkil 4
Füzuli məscidinin təməli qoyulub - YENİLƏNİB - Şəkil 5
Füzuli məscidinin təməli qoyulub - YENİLƏNİB - Şəkil 6
Füzuli məscidinin təməli qoyulub - YENİLƏNİB - Şəkil 7
Füzuli məscidinin təməli qoyulub - YENİLƏNİB - Şəkil 8
Füzuli məscidinin təməli qoyulub - YENİLƏNİB - Şəkil 9
Füzuli məscidinin təməli qoyulub - YENİLƏNİB - Şəkil 10

Digər xəbərlər