Bakıda vətəndaşlara qarşı 28350 manatlıq dələduzluq edən şəxslər saxlanılıb

Şəfa Hüseynli
Bakıda vətəndaşlara qarşı  28350 manatlıq dələduzluq edən şəxslər saxlanılıb

Nəsimi və Nizami rayonları ərazisində naməlum şəxslər üç nəfər paytaxt sakinini aldadaraq ümumilikdə 28350 manatlarını ələ keçirib.

Operativ Media-ya bu barədə DİN-dən məlumat verilib.

Vətəndaşların polisə müraciətləri əsasında keçirilən tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı V.Yadullayev, 38 yaşlı R.Musayev və əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 52 yaşlı N.Vəliyeva müəyyən olunaraq saxlanılıblar.
 

Hər üç faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər