Zaxarova: "Tomahawk" tədarükü Rusiya–ABŞ münasibətlərinə bərpaolunmaz zərbədir

Əsəd Abbaslı
Zaxarova: "Tomahawk" tədarükü Rusiya–ABŞ münasibətlərinə bərpaolunmaz zərbədir

“Əgər ABŞ Ukraynaya “Tomahawk” raketlərini vermək qərarını qəbul edərsə, bu, Rusiya–ABŞ münasibətlərinə bərpaolunmaz zərbə vuracaq”.

Operativ Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Əgər ABŞ administrasiyası bu qərarı nəhayət qəbul edərsə, bu, yalnız qarşıdurma spiralını daha da gərginləşdirməklə qalmayacaq, həm də Rusiya–Amerika münasibətlərinə bərpaolunmaz zərər vuracaq. Halbuki bu münasibətlərdə yenicə ikitərəfli dialoqun bərpasına dair müəyyən əlamətlər görünməyə başlamışdı”, - diplomat qeyd edib.

Diplomat bu sözləri ABŞ Prezidenti Donald Trampın artıq Ukraynaya “Tomahawk” qanadlı raketlərinin verilməsi barədə qərar qəbul etdiyini bildirməsinə cavab olaraq deyib.

Zaxarova əlavə edib ki, Moskva Vaşinqtonun bu məsələdəki addımlarını diqqətlə izləyir və vəziyyətin daha da gərginləşməməsi üçün çağırış edir:

“Bu addım Ukrayna istiqamətində həll yollarının axtarışını ciddi şəkildə çətinləşdirə bilər. Ümid edirik ki, Vaşinqton bizim mesajlarımızı eşidəcək”.

Digər xəbərlər