Putin İlham Əliyevlə görüşəcək - YENİLƏNİB

Əsəd Abbaslı
Putin İlham Əliyevlə görüşəcək - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya lideri Vladimir Putininin oktyabrın 9-da Tacikistanın paytaxtı Düşənbədə görüşü baş tutacaq.

Operativ Media xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov gündəmlə bağlı suala belə cavab verib: “İkitərəfli əlaqələr birinci yerdədir. Bu, münasibətlərin əsas gündəm maddəsidir. Görüşün keçirilməsi faktı iki liderin bütün aktual məsələləri müzakirə etmək niyyətindən xəbər verir”.

20:00

Rusiya Prezidenti Vladimir Putin Tacikistana dövlət səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.

Operativ Media xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Görüş zamanı iki ölkə arasında strateji əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunacaq.

Tərəflərin regional təhlükəsizlik, iqtisadi əlaqələr ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparacağı gözlənilir.

Digər xəbərlər