Xəbər verdiyimiz kimi, Düşənbədə Rusiya Prezidenti Vladimir və Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.
Operativ Media xəbər verir ki, görüş zamanı Putin bir daha qəza ilə bağlı başsağlığını çatdırıb.
Rusiya Prezidenti qəzadan sonra telefon danışığı zamanı üzr istədiyini xatırladıb.
O, bildirib ki, baş vermiş hadisə üzrə araşdırma davam edir və yaxın vaxtda başa çatacaq.
"Həmin gün Rusiyanın hava məkanına müdaxilələr olub və Rusiya HHQ tərəfindən atəş açılıb. Atəş təyyarəyə açılmasa da, qəlpələr təyyarəyə dəyib. Bununla əlaqədar kompensasiyalar ödəniləcək və günahkarlar cəzalandırılacaq", - o, qeyd edib.