Tramp İsrailə səfər edib

Nərmin Qocamanova
Tramp İsrailə səfər edib

ABŞ Prezidenti Donald Tramp İsrailə səfər edib.

Operativ Media xəbər verir ki, Trampı Ben-Qurion hava limanında İsrailin Prezidenti və Baş naziri qarşılayıb.

Qeyd edək ki, Donald Tramp İsraildə girovların ailələri ilə görüşəcək və İsrail parlamenti olan Knessetdə çıxış edəcək.

O, Yaxın Şərq Sülh Sammitində və Qəzza üzrə sülh sazişinin birinci mərhələsinin rəsmi imzalanma mərasimində iştirak etmək üçün İsraildən Misirə səfər edəcək.

Digər xəbərlər