Netanyahu Sülh sammitində iştirak etməyəcək- YENİLƏNİB

Şəfa Hüseynli
Netanyahu Sülh sammitində iştirak etməyəcək- YENİLƏNİB

İsrailin Baş naziri Benyamin Netanyahu Misirdə keçiriləcək "Sülh sammiti"ndə iştirak etməyəcək.

Operativ Media xəbər verir ki, bu barədə  Baş nazirin ofisi  məlumat yayıb.

Bildirilib ki, Netanyahu  yəhudilərin "Simçat Tövrat" bayramı ilə əlaqədar Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə Şarm əş-Şeyxdə keçirilən  “sülh sammiti”nə qatıla bilməyəcək.



  ***
 13:15

İsrailin Baş naziri Benyamin Netanyahu Misirə gedəcək.

Operativ Media xəbər verir ki, bu barədə Misir Prezidentinin Ofisi məlumat yayıb.

Məlumata görə, o, Şarm əl-Şeyxdə keçiriləcək Qəzza sammitində iştirak edəcək.

Digər xəbərlər