Bayden Trampa təşəkkür edib

Şəfa Hüseynli
Bayden Trampa təşəkkür edib

ABŞ-nin keçmiş Prezidenti Co Bayden Qəzza zolağında atəşkəsə görə Donald Trampın rəhbərliyi altında ABŞ administrasiyasına minnətdarlığını ifadə edib və Yaxın Şərqdə dinc gələcəyə ümid etdiyini bildirib.

Operativ Media xəbər verir ki, bu barədə Bayden öz "X" hesabında yazıb.

O, həmçinin administrasiyasının müharibəni dayandırmaq, israilli girovları əsirlikdən geri qaytarmaq və Fələstin mülki vətəndaşlarına yardım göstərmək səylərini də qeyd edib.

Digər xəbərlər