Azərbaycan və İran arasında nəqliyyat sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Nərmin Qocamanova
Azərbaycan və İran arasında nəqliyyat sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadeqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Operativ Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Görüşdə dəmir yolu və avtomobil nəqliyyatı sahəsində ölkələrimiz arasındakı mövcud əməkdaşlıq məsələləri müzakirə edilib.

Eyni zamanda tranzit imkanlarının artırılması, infrastrukturun təkmilləşdirilməsi istiqamətində gələcək birgə fəaliyyət, logistika və nəqliyyat əməliyyatlarının təkmilləşdirilməsi, sərhəd-keçid məntəqələrində prosedurların sadələşdirilməsi, yük daşımalarının sürətləndirilməsi və əməliyyatların rəqəmsallaşdırılması kimi mövzular barədə fikir mübadiləsi aparılıb.

Digər xəbərlər