Pakistan ordusu Əfqanıstan ərazisində yerləşən terrorçu mövqelərinə cavab zərbələri endirib.
Operativ Media xəbər verir ki, bu barədə "PTV" məlumat yayıb.
Bildirilib ki, hadisə Hayber-Paxtunxva əyalətinin Kurram dairəsində baş verib. Cavab əməliyyatı zamanı Pakistan ordusu qarşı tərəfin bir blokpostunu və tank mövqeyini məhv edib.