Bəzi seçki komissiyalarının tərkibində dəyişiklik edilib - YENİLƏNİB

Nərmin Qocamanova
Bəzi seçki komissiyalarının tərkibində dəyişiklik edilib - YENİLƏNİB

Məzahir Pənahovun sədrliyi ilə oktyabrın 15-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.


Operativ Media xəbər verir ki, əvvəlcə Komissiyanın 2025-ci il iyunun 20-də keçirilən iclasının protokolu təsdiq olunub.


Sonra VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Sahib oğlu Həsənin deputat səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb.


Bildirilib ki, Milli Məclisin deputatı Ramil Həsən Türk Dövlətləri Parlament Assambleyasının qərarı ilə təşkilatın Baş katibi vəzifəsinə seçilib.


Bununla əlaqədar onun MSK-ya ünvanladığı müraciəti və Türk Dövlətləri Parlament Assambleyasının müvafiq təsdiqedici sənədləri qanunvericiliyə uyğun qaydada araşdırılıb, deputat səlahiyyətlərinə xitam verilməsi üçün əsasların olduğu müəyyənləşib. Komissiya qeyd olunanları nəzərə alaraq, ölkə Konstitusiyasının və Seçki Məcəlləsinin tələblərinə əsasən R.Həsənin deputat səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul edib.


İclasda daha sonra bəzi seçki dairələri üzrə dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələsinə baxılıb.


MSK üzvlərinin müzakirəsinin ardınca 44 saylı Sumqayıt üçüncü, 60 saylı Quba – Qusar, 62 saylı Kürdəmir, 65 saylı Salyan – Biləsuvar – Neftçala, 76 saylı Lənkəran – Masallı, 100 saylı Göygöl – Daşkəsən – Kəlbəcər, 102 saylı Şəmkir şəhər, 108 saylı Ağstafa və 117 saylı Oğuz – Qəbələ – Şəki seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik olunması qərara alınıb.


Media mənsublarının iştirakı ilə keçirilən iclasda, həmçinin cari məsələlərə də baxılıb.


16:37

Ölkə üzrə bu dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Operativ Media xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında qurumun sədr müavini Rövzət Qasımov və MSK katibləri Arifə Muxtarova və Mikayıl Rəhimov müvafiq qərarları təqdim ediblər.

MSK-nın müvafiq qərarlarına əsasən, 44 saylı Sumqayıt 3-cü,117 saylı Oğuz-Qəbələ-Şəki, 60 saylı Quba-Qusar, 62 saylı Kürdəmir, 65 saylı Salyan-Biləsuvar-Neftçala, 100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər, 102 saylı Şəmkir şəhər, 76 saylı Lənkəran-Masallı, 108 saylı Ağstafa seçki dairəsinin dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

İclasda Qərarlar ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.

Digər xəbərlər