Alman pianoçu və bəstəkar Lüdviq van Bethovenin saç tellərindən alınan DNT analizləri məşhur bəstəkarın xəstəliyini və ölüm səbəbini üzə çıxarıb.
"Operativ Media" xəbər verir ki, Kembric Universitetindən olan araşdırma qrupunun əldə etdiyi genomik məlumatlar nəticəsində sirrozdan öldüyü məlum olan pianoçunun genetik olaraq qaraciyər xəstəliyinə meylli olduğu və ölümündən aylar əvvəl hepatit B-yə tutulduğu məlum olub.
Qeyd edək ki, Bethoven dünya musiqi tarixinin ən görkəmli bəstəkarlarından biridir. O, 17 dekabr 1770-cı ildə doğulub, 26 mart 1827-ci ildə vəfat edib.