“Zirə” “Sumqayıt”a qalib gəlib

Nərmin Qocamanova
“Zirə” “Sumqayıt”a qalib gəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.

"Operativ Media" xəbər verir ki, günün ikinci matçında “Sumqayıt”la “Zirə” qarşılaşıb.

Sumqayıtda keçirilən oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Qartallar”ın heyətində 15-ci dəqiqədə Rəhim Sadıxov, 73-cü dəqiqədə isə Sertan Taşkın fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 19-a çatdıran “Zirə” 4-cü pilləyə yüksəlib.

“Sumqayıt” isə 4 xalla 9-cudur.

Qeyd edək ki, günün ilk görüşündə "Kəpəz" səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə edib. Turun ilk matçında isə "Qarabağ" "Turan Tovuz"u 3 cavabsız qolla üstələyib.

Tura oktyabrın 23-də "Səbail" - "Şamaxı" və "Neftçi" - "Sabah" qarşılaşmaları ilə yekun vurulacaq.

Digər xəbərlər