Putin və Ərdoğan Səmərqənddə “Taxıl sazişi”ni müzakirə edəcək

Operativ Media
Putin və Ərdoğan Səmərqənddə “Taxıl sazişi”ni müzakirə edəcək

Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğanın görüşündə “Taxıl sazişi”ni, o cümlədən Rusiya ərzaq məhsullarının tədarükünün müzakirə olunacağı bildirilir. 

Peskovun sözlərinə görə, taxıl mövzusu Putinlə Ərdoğanın görüşündə müzakirəsi lazım olan birinci mövzudur.

"Bu müzakirə mümkündür və lazımdır. Putinlə Ərdoğan arasında danışıqlar artıq hazırlanır, ümid etdiyimiz kimi, görüş Səmərqənddə baş tutacaq. Bu danışıqlar artıq yetişib. Biz görürük ki, “Taxıl sazişi” kasıb dövlətlərə heç bir xeyir gətirmir. Çünki, yoxsul ölkələrə ərzaq yükü ilə cəmi iki gəmi gedib”, deyə Kremlin sözçüsü vurğulayıb.

Digər xəbərlər