http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Nitqimizdən “aaa”, “ııı”, “eee”ləri necə çıxara bilərik?

25 May 2023 , 10:00
Nitqimizdən “aaa”, “ııı”, “eee”ləri necə çıxara bilərik?

Ünsiyyətin ən vacib elementi nitqdir. Duyğularımızı danışıq dilimiz və bədən dilimizlə ifadə edirik. Ona görə də səlis və gözəl danışmaq son dərəcə vacibdir. Danışıq üzərində məşq etməklə nitqinizi daha səlis edə və nitq səhvlərini minimuma endirə bilərsiniz. Səlis danışa bilmək üçün kütlə qarşısında özünü rahat hiss etmək lazımdır. Bu, özünə inamın əsas elementlərindən biridir.

Mövzu ilə bağlı nitq təlimçisi Cəlalə Nəzəroğlu “Operativ Media”nın suallarını cavablandırıb:

Cəmiyyət içində sıxılmadan, utanmadan danışmağı necə öyrənə bilərik?

Bütün başqa vərdişlər kimi danışıq qabiliyyəti də iradə, davamlı məşq etmək, sınaqdan keçirmək, cilalamaq tələb edir.

Utanmadan sıxılmadan danışmağın təməli ailədə qoyulur. Bu mövzuda sərbəst böyüdülən uşaqlar sonradan çətinlik çəkmirlər, amma əgər bir şəxs vaxtında valideyinlərindən bu mövzuda nəsibini almayıbsa, sonradan təkmilləşdirmək əlbəttə ki, mümkündür.

Hər şeydən əvvəl, nitq qüsurlarını ortadan qaldırmaq lazımdır. İkinci mərhələdə söz ehtiyyatını toplamaq, üçüncü mərhələdə konkret mövzu seçib mən nədən danışıram? Nə danışıram? Nə qədər danışıram və harada danışıram? suallarını cavablandırmaq lazımdır. Növbəti mərhələlərdə isə fürsət düşdükcə mütləq danışmalıdır. Sual vermək formatında da ola bilər, təbrik şəklində də. Fərqi yoxdur, yetər ki, böyük və kiçik auditoriyanın olduğu hər yerdə fürsətini tapdıqca danışsın. Beləcə hər dəfə utancaqlıq hiss keçirib-keçirib nəhayət bunu bitirəcək. Yaxşı danışıq qabiliyyəti vərdiş sayəsində formalaşan çox gözəl bir məziyyətdir.

Nitqimizi inkişaf etdirmək üçün ən sadə üsullar hansılardır?

Nitqi inkişaf etdirmək üçün əvvəlcə düzgün diaqnoz qoyulmalıdır ki, şəxsin hansı nitq problemi var. Buna əsasən daha dolğun cavab vermək mümkündür. Ümumlikdə götürdükdə isə təcrübəmiz onu göstərir ki, insanların bir çoxu düzgün nəfəs almır. Məşqlərlə mütləq bunu öyrənməlidirlər. Bütün sait və samit səslər bizim ağız quruluşumuzdan o cümlədən dodaqlarımızın, çənəmizin, dilimizin hərəkətindən asılı olaraq ya təmiz, ya da boğuq çıxır. Ağız tənbəlliyini ortadan qadırmaq lazımdır. Səs ünsiyyətdə çox böyük təsirə malikdir. Səsin imkanlarını hiss etmək və bunun üstündə çalışmaq lazımdır. Səsi dolğunlaşdırmaq üçün məşqlər var. Bunu qeyd olunmuş qədər yerinə yetirdikdə, səs əvvəlki ilə müqayisədə daha cazibədar səslənir. Yeri gəlmişkən, bütün bu məşqləri mən müəllifi olduğum “Danışığınla Həyatı Qazan” kitabımda qeyd etmişəm. Söz ehtiyyatını artırmaq mümkündür, həm kitab mütaliə etmək, həm də oxuduqlarını mütləq danışmaq lazımdır. Əks halda yeni öyrəndiyimiz sözlər passiv lüğətimizdə qalacaq, aktiv lüğətimizə düşməyəcək və danışarkən həmin kəlmələri tapmaqda çətinlik çəkəcəyik. 

Nitqimizdən “aaa”, “ııı”, “eee”ləri necə çıxara bilərik?

Nitqimizi “aaa” “eee” “ııı” kimi parazit səslərdən təmizləmək üçün öncə bunun səbəbini aydınlaşdırmalıyıq. Adətən təcrübəmiz göstərir ki, bunun iki səbəbi ola bilər. Bir: adamın söz ehtiyyatı yoxdur. İki: söz ehtiyyatı olsa da həyəcandan az qala adını belə unudur. Öncə söz ehtiyyatı hissəsini bərkitmək lazımdır. Söz dağarcığını hər gün yeni maraqlı ifadələrlə, bildiyimiz sözlərin sinonimləri ilə biraz da doldurmalıyıq. Belə olduqda danışarkən hansısa kəlimələrin axtarışına çıxmayacağıq. Həmin sözləri tapmaq üçün süni şəkildə həmin parazit səsləri çıxardıb özümüzə zaman qazandırmağa çalışmayacağıq. Sanki əlimizin altındadı hər an biz onu götürə bilirik. Biri var ki, yemək hazırlayırsınız, yuxarı rəflərdə  ərzaqları qoymusunuz, biri də var ki, elə əlinizin altındadır. Hər dəfə kətili qoyub, yuxarı dırmaşıb, şkafdan onu götürənə qədər zaman keçir, yorucu olur, amma, masanın üstündə bütün ərzaqları lazım olan qədər düzdükdə yeməyi də rahat şəkildə bişirirsiniz.

Qaldı ki, işin psixoloji tərəfindən “aa”, “ıı”, “ee”ni necə çıxarmaq olar? Mütləq kütlə qarşısında danışqla bağlı xofu ortadan qaldırmaq lazımdır. Bunun üçün də yuxarıda qeyd etdiyim kimi hər fürsət tapanda mütləq yad adamların qarşısında danışmaq, sual vermək lazımıdr ki, həyəcan hissi yavaş-yavaş qətrə-qətrə yanıb tükənsin.

Danışıq qabiliyyətimizin inkişafı üçün mütəxəssisə mütləq müraciət etməliyik?

Danışıq qabiliyyətini təkmilləşdirmək üçün mütəxəssiə müraciət etmək də olar, etməmək də. Bilirsiniz nəyə bənzəyir? Misal üçün siz çox mükəmməl bədən quruluşuna malik olmaq istəyirsiniz. Bundan ötrü yutubda hansısa bir videonu izləyirsiniz və məşqlərə başlayırsınız. O məşqlər ümumidir sizə spesfik olaraq yanaşan bir rəhbər (məşqçi) olarsa, daha qısa müddət ərzində bədəninizi formaya sala biləcəksiniz. Misal üçün videoda göstərilən elə məşq var ki, sizin onurğanıza zərərli ola bilər, ya da sizin “böyütmək“ istədiyiniz nahiyə üçün yetərsiz ola bilər. Mütləq sizi tanıyan, sizə özəl proqramlar təyin edən bir məşqçiyə ehtiyacınızın olduğu kimi, bu mövzuda da bir təlimçi ilə işləmək daha yaxşı nəticə verir. Amma təkbaşına məşğul olub nitqini xeyli inkişaf etdirən insanlar da az deyil.

Bu kimi problemlər əsasən nədən qaynaqlanır?

Nitq problemlərinin başında uşaq vaxtı balalarımızla düzgün ünsiyyət qurmamaq məsələsi dayanır. Ailədə bu mövzuda problem yaşayan uşaq özünü nə bağçada, nə orta nə də ali məktəbdə təsdiqləyir. Bu isə özlüyündə zəncir kimidir halqadan- halqaya keçiririk. Eyni problem iş yerində də şəxsi münasibətlərdə də davam edir. Valideyinlərə tövsiyyəm budur ki, uşaqların idman, rəqs bilik və bacarıqları ilə məşğul olduqları qədər nitq məsələsinə də xüsusi əhəmiyyət versinlər. Əslində ən birinci bununla məşğul olmalıdırlar. Çünki uşaqlar öyrəndiklərini təbliğ etmək üçün və ya göstərməkdən ötrü mütləq yaxşı danışmalıdırlar.

Nitq keyfiyyətini artırmaq üçün hansı tövsiyələri verə bilərsiniz?

Nitqin keyfiyyətini artırmaq üçün öncə şəxs özünün keyfiyyətini artırmalıdır. O nə dərəcədə kamil, olğun bir şəxsiyyətdir? Hadisələrə proseslərə necə yanaşır? Bildiyimiz kimi, söz düşüncənin məhsuludur. Nəyi düşünürüksə, necə düşünürüksə, elə də ifadə edirik. Nitqin keyfiyyətini artırmaq üçün yaxşı müəlliflərin kitablarını oxumaq lazımdır. Kitabla bərabər insanları dinləmək, onlarla ünsiyyətə keçmək lazımdır. Zərərli vərdişləri tərgitmək önəmlidir. Bunlardan da biri uzunçuluğa yol vermək, qeybət, böhtan, başqaları haqqında mənfi fikir yaradan mülahizələri irəli sürmək. Davamlı şikayətçi olmaq hamını hər şeyi sorğulamaq. Məsələlərə həmişə mənfi tərəfdən yanaşmaq nitqin o cümlədən insanın keyfiyyətini aşağı salan məsələlərdən biridir.

Nərmin Qocamanova

OXŞAR XƏBƏRLƏR
COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb

COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb

Babək prospektində qəza olub, yolda sıxlıq yaranıb

Babək prospektində qəza olub, yolda sıxlıq yaranıb

Pərviz Şahbazov Mingəçevirdə vətəndaşları qəbul edib

Pərviz Şahbazov Mingəçevirdə vətəndaşları qəbul edib

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
  • Dünən
    23:22

    Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Dünən
    23:08

    Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb
  • Dünən
    22:50

    Borrell Çinin xarici işlər naziri ilə görüşdü
  • Dünən
    22:22

    Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir
  • Dünən
    22:06

    Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb
  • Dünən
    21:57

    Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
  • Dünən
    21:50

    Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi
Menyu