“Azərsu”yun sədr müavini Masallıda vətəndaşları qəbul edib

Operativ Media
“Azərsu”yun sədr müavini Masallıda vətəndaşları qəbul edib

“Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib.

Məlumata görə, qəbul Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilib. Qəbulda 46 nəfər iştirak edib. Vətəndaşların müraciətləri içməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub. Müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbir görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.

Digər xəbərlər