http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Qarabağa yükləri necə daha sürətli və səmərəli daşımaq olar?

14 Avqust 2023 , 09:17
Qarabağa yükləri necə daha sürətli və səmərəli daşımaq olar?

Ağdam-Xankəndi dəmir yolu 1979-cu ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə inşa edilib. Dağlıq Qarabağın inkişafına daim böyük diqqət yetirən Heydər Əliyev Qarabağ bölgəsində dəmir yolu xətlərinin çəkilməsinə xüsusi önəm verirdi. Bakı-Yevlax-Xankəndi dəmir yolunun açılışı sayəsində Qarabağın sosial-iqtisadi və mədəni inkişafı sürətlənmiş, Bakı ilə əlaqələri möhkəmlənmişdir. Bu, əhalinin maddi-texniki təminatını yaxşılaşdırmaqla yanaşı, rayonun iqtisadi göstəricilərini də xeyli yaxşılaşdırıb. Belə ki, xammalın tədarükü və məhsulların daşınması xərclərinin aşağı düşməsi hesabına Qarabağda istehsal olunan məhsulların maya dəyəri xeyli aşağı düşüb. Bütün bunlara məhz ümummilli liderin səyləri nəticəsində nail olunub.

"Operativ Media" xəbər verir ki, bu barədə "AZƏRTAC" məlumat yayıb.

Məlumatda Ağdamdan Xankəndinə keçən kommunikasiya xətlərinin əhəmiyyəti, onların rayon üçün perspektivləri ilə bağlı bəzi statistik məlumatlar təqdim edilib.

Ötən əsrin 80-ci illərində Bərdə-Ağdam dəmir yolu xəttinin Yevlax-Xankəndi hissəsində yük daşımalarının illik dövriyyəsi 1,5 milyon ton, Ağdam-Xankəndi dəmir yolu xəttinin (27 kilometr) hissəsində isə 1 milyon ton olmuşdur. Həmin vaxt qatarların sürəti Bərdə-Ağdam dəmir yolu xəttində 60 km/saat, Ağdam-Xankəndi dəmir yolu xəttində 40 km/saat idi.

Cədvəldə Bərdə-Ağdam-Xankəndi dəmir yolu xəttinin istiqaməti üzrə statistik və proqnoz məlumatlar göstərilmişdir.0111112.jpg
1990-cı illərin əvvəllərində Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalı nəticəsində iqtisadiyyatın digər sahələri kimi, respublikanın dəmir yolu sahəsinə də xeyli ziyan dəyib. Texnika ilə yanaşı, Azərbaycan dəmir yollarının mühüm hissəsi işğal edilmiş, Yevlax-Xankəndi dəmir yolunun fəaliyyəti dayandırılmış, bu xəttin Ağdam, Əsgəran və Xankəndi stansiyaları tutulmuş, dəmir yolları ermənilər tərəfindən vəhşicəsinə dağıdılmışdır.

Otuz il sonra, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarımızda həyat yenidən canlanır - bu rayonlarda yeni dəmir yolu xətlərinin çəkilişi həyata keçirilir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2020-ci il tarixli Sərəncamı ilə Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisinə başlanılıb. Hazırda layihələndirmə işlərinin 90 faizi yerinə yetirilib, xəttin tikinti-quraşdırma işlərində fiziki irəliləyiş 70 faiz təşkil edir. Uzunluğu 56,951 km olan uzunmüddətli relslər çəkilmiş, torpaq işlərinin birinci mərhələsi, mühəndis konstruksiyalarının tikintisi, relsin üst tikili elementlərinin və dirəklərin çəkilməsi işləri tam başa çatdırılmışdır. Bu ilin sonuna kimi Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisinin başa çatdırılması nəzərdə tutulur.

Qarabağa yükləri necə daha sürətli və səmərəli daşımaq olar?

Vaxtilə Ağdamdan keçən kommunikasiya xətləri - avtomobil və dəmir yolu Xankəndi, Şuşa,  Laçın sakinlərinin ehtiyaclarını təmin edirdi. Bakıdan Xankəndinə, Şuşaya, Laçına ən qısa yol Ağdamdan keçirdi. Bakı-Yevlax-Ağdam-Xankəndi-Şuşa-Laçın avtomobil yolundan istifadə daha səmərəli olub. Bu yol humanitar yüklərin daha sürətli və səmərəli çatdırılmasını təmin etməyə qadirdir.

Qeyd edək ki, 1980-ci illərdə Bakıdan Xankəndi və Şuşaya getmək üçün Ağdam şəhərinin mərkəzindən keçən R-28 Yevlax-Xocalı-Laçın respublika avtomobil yolundan istifadə edilirdi. Elə həmin illərdə Ağdam-Bərdə yolunun 40-cı kilometrliyindən Əsgəran rayonunun mərkəzindən yan keçərək Əsgəran rayonunun inzibati ərazisinə qədər uzanan 17,5 kilometr uzunluğunda ikizolaqlı yerli əhəmiyyətli Ağdam dairəvi yolu çəkilmişdir. Ağdam şəhəri və Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunana qədər bütün Qarabağ əhalisi, eləcə də Laçın rayonunun əhalisi bu yoldan daim istifadə edirdi.

Xatırladaq ki, Ağdam şəhərindən Əsgəran rayonuna qədər olan məsafə 6 kilometr, Xankəndi şəhərinə 23 kilometr, Xankəndidən Şuşa şəhərinə isə 11 kilometrdir. Bakıdan Ağdama 360 kilometr, Xankəndinə 383 kilometr, Şuşayə 394 kilometr, Laçına 435 kilometrdir.

İşğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpası layihəsinə uyğun olaraq uzunluğu 44,5 kilometr olan Bərdə-Ağdam və 65,7 kilometr uzunluğunda Ağdam-Füzuli birinci texniki dərəcəli dördzolaqlı avtomobil yollarının tikintisi sürətlə davam etdirilir. Hər iki magistralın ötürücülük qabiliyyəti sutkada 17 min avtomobil təşkil edir.

Münaqişədən əvvəl Qarabağın inkişafında Bakı-Yevlax-Ağdam-Xankəndi-Şuşa-Laçın avtomobil yolu və Bakı-Ağdam-Xankəndi dəmir yolu xətti mühüm rol oynayıb. İşğal zamanı dəmir yolu xəttinin sıradan çıxmasına baxmayaraq, avtomobil yolu ilə oraya və geri qayıtmaq tamamilə mümkündür. Ona görə də ermənilərin bəhanələri yersizdir. Bu gün Azərbaycanın iqtisadi potensialı bizə imkan verir ki, başqa məsələlərlə yanaşı, Qarabağdakı erməni sakinlərimizin də sosial məsələlərini həll edək. Bu rayon Azərbaycanın ərazisi olduğu üçün indi bütün kommunikasiyalar dövlətimizdən keçməlidir. Hazırda Qarabağ iqtisadi rayonunda və ona bitişik rayonlarda - Gəncə, Yevlax və Füzulidə üç hava limanı fəaliyyət göstərir. Bu, regionun nəqliyyat və logistika layihələri üçün mərkəzə çevrilməsinə zəmin yaradır. Belə ki, hava limanlarının Bərdə şəhərinə yaxın olması səbəbindən yüklərin Bərdə-Ağdam yolu və Bərdə-Ağdam dəmir yolu ilə daşınması vaxt itkisinin qarşısını almağa imkan verərdi. Bu baxımdan Ağdam-Xankəndi yolu böyük əhəmiyyət kəsb edir.

Onu da qeyd edək ki, Azərbaycan tərəfi erməni sakinlərinin ehtiyaclarını ödəmək üçün Ağdam-Xankəndi yolundan istifadəyə icazə verib. Dövlətimiz Qarabağda yaşayan etnik erməniləri bərabərhüquqlu vətəndaşlar kimi Azərbaycanın siyasi, hüquqi, iqtisadi və sosial çərçivəsinə yenidən inteqrasiya etmək əzmindədir. Ona görə də Ermənistan öz öhdəliklərinə ciddi əməl etməli və dövlətlərin daxili işlərinə qarışmamalı, milli azlıqlara mənsub şəxslərin inteqrasiyasına xələl gətirməməli, qonşu dövlətlərin ərazisində separatizmi qızışdırmamalıdır. (Azərtac)

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov Antiqua və Barbudanın xarici işlər naziri ilə görüşüb

Ceyhun Bayramov Antiqua və Barbudanın xarici işlər naziri ilə görüşüb

Rəcəb Tayyib Ərdoğan Zelenski ilə görüşüb

Rəcəb Tayyib Ərdoğan Zelenski ilə görüşüb

Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri ilə görüşüb

Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri ilə görüşüb

XƏBƏR LENTİ
  • 08:55

    Bakıda şüphəli şəxs polisə bıçaqla müqavimət göstərib, atəş açılıb
  • 08:23

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
  • 08:15

    Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ölkəmizdə səfərdədir
  • 07:38

    Ceyhun Bayramov Antiqua və Barbudanın xarici işlər naziri ilə görüşüb
  • 07:11

    Rəcəb Tayyib Ərdoğan Zelenski ilə görüşüb
  • 07:02

    Komitə Blinkeni Konqresə hörmətsizlikdə ittiham edən qətnaməni təsdiqləyib
  • 06:54

    Azərbaycan ağırlıqqaldıranları dünya birinciliyində çıxışlarını başa vurublar
  • 06:29

    Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri ilə görüşüb
Menyu