http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Rusiya sülhməramlı kontingentinin komandanları niyə tez-tez dəyişir?

05 Sentyabr 2023 , 10:28
Rusiya sülhməramlı kontingentinin komandanları niyə tez-tez dəyişir?

2020-ci ilin noyabr ayının 10-dan 11-nə keçən gecə Azərbaycan, Ermənistan və Rusiya ölkə başçılarının birgə bəyanat imzalaması ilə Rusiya sülhməramlıları Qarabağa yerləşdirilidi. Sənəd imzalanan gecə sülhməramlı kontingent Qarabağa yola düşdü.

''Operativ Media'' xəbər verir ki, Rusiyanın dünyanın 7 nöqtəsində fəaliyyət göstərən sülhməramlı kontingentin tez-tez dəyişən yeganə komandanlığı məhz Azərbaycandadır.

Komandanların dəyişməsinin məqsədi nədir?

Ötən 3 il müddətində Azərbaycan ərazilərində olan sülhməramlıların nəzərəçarpacaq fəaliyyəti gözə dəymədi. 2021-ci ilin yanvar ayının 30-da Ağdamın Mərzili kəndi yaxınlığında Qarabağ ərazisində atəşkəsin təmin edilməsi üçün yaradılan Rusiya-Türkiyə birgə monitorinq mərkəzinin hesabatları da sülhməramlı kontingentin fəaliyyətinin hansı səviyyədə olduğunu bir daha göstərdi.

Əraziyə PUA-larla nəzarət edən mərkəz elə həmin ilin dekabr ayında ermənilərin atəşkəsi 203 dəfə pozduğunu açıqladı. Təxribatların baş verdiyi ərazilər isə Rusiya sülhməramlı kontingentinin fəaliyyət istiqamətləri idi.

3 ildən az bir müddətdə Rusiya sülhməramlı kontingentinin komandanlığı 6 dəfə dəyişib. Qarabağ regionundakı Rusiya sülhməramlı kontingentinin ilk komandanı Rüstəm Muradovdan sonra bu vəzifəyə general-mayor Mixail Kosobokov, Gennadi Anaşkin, Andrey Volkov, general-polkovnik Aleksandr Lentsov, daha sonra general-mayor Kiril Kulakov təyin olunub. Rusiya sülhməramlı kontingentin fəaliyyətsizliyi səbəbindən Azərbaycan tərəfində narazılığın yaranması qəbulediləndir.

Bəs Ermənistan tərəfi niyə sülhməramlılardan narazıdır?

2020-ci ilin dekabr ayında Rüstəm Muradovun Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanının müavini Zaur Cavanşirlə nahar zamanı çəkilən fotosu sosial şəbəkələrin Ermənistan seqmentində böyük narazılıqla qarşılandı. Sülhməramlı kontingentin ilk təyinatı Ermənistan tərəfi üçün ümidlərin puç olması ilə başladı. 

Cəbrayıl, Hadrut, Füzuli, Xocavənd istiqamətində aparılan hücum əməliyyatlarına komandanlıq etmiş, Şuşa əməliyyatında isə hücum qruplaşmasının rəhbəri, yüzlərlə erməni hərbçisinin kabusu olan Zaur Cavanşirlə Rüstəm Muradovun Şuşada isti kaminin qarşısında göstərdikləri əminlik duruşu ermənilərə növbəti dağı çəkdi.

W1siZiIsIjIwMjAvMTIvMDkvMTUvMzcvMjMvNTBiMzJhNTYtMTA0MS00ZTYzLThkMmYtOWM4ZDU1YzMwMWI1L3phdXLJmS5qcGciXSxbInAiLCJlbmNvZGUiLCJqcGciLCItcXVhbGl0eSA4MCJdLFsicCIsInRodW1iIiwiNjIweDQxMyMiXV0?sha=ce1d520f2f212d7a

Rüstəm Muradovdan sonrakı komandanlar da erməni xalqı üçün yarına bilmədi. Ermənilər ruslardan sözün həqiqi mənasında çox şey istəyirdi. Xankəndi-Laçın yolunun Şuşa hissəsində keçirilən ekoloji aksiya zamanı Ermənistan tərəfi anladı ki, komandanlıq Azərbaycan tərəfinin verdiyi qərarlar qarşısında acizdir. Nəinki komandanlığa şəxsi heyətə də münasibət birmənalı deyil. Şuşa istiqamətində xidmət edən Axmed adlı çeçen hərbçi bildirirdi ki, Xankəndində olan ermənilərin xüsusən müsəlman olan hərbçilərə münasibəti az qala düşmən münasibətidir. Marketlərdə məhsullar ermənilərə başqa qiymətə sülhməramlılara isə daha baha satılır. Satıcılar donuz əti olan məhsulları sataraq onları aldadır. Lakin digər ölkələrdə münasibət belə deyil.


Rusiya hərbçilərinin sülhməramlı fəaliyyəti göstərdiyi Yaxın Şərq, Qərbi Saxara, Konqo Demokratik Respublikası, Fildişi Sahili, Liberiya və Sudanda da vəziyyət fərqlidir.

Suriyada kontingentə komandlıq edən Aleksey Çayko 2019-cu ildən 2021-ci ilə qədər bu ölkədə komandan kimi fəaliyyət göstərib. Xələfi isə hələ də fəaliyyət göstərməkdədir. Rusiya müdafiə nazirliyinin rəsmi internet saytında yalnız Qarabağdakı sülhməramlıların fəaliyyətilə bağlı məlumatlar var. Maraqlısı burasındadır ki, rusiyalı hərbi ekspertlər komandınlığın tez-tez dəyişdirilməsini Rusiya-Ukrayna müharibəsindəki taktiki gedişatla əlaqələndirsələr də, əksini iddia edənlər də az deyil. Bəzi ekspertlər bu dəyişikliyin daxili rotasiya qaydalarına uyğun olmadığını bildirir.

Bəyanata uyğun olaraq Azərbaycan ərazilərində olan sülhməraamlı kontingent 1960 atıcı, 90 zirehli personal daşıyıcı, 380 maşın və digər texnikadan ibarətdir. Qərara əsasən, rusiyalı sülhməramlı kontingenti ildə ən azı 2 dəfə dəyişdirilməlidir.  

Hərbi texnika isə ehtiyatlar sərf olunduqca və texniki cəhətdən ehtiyac yarandıqca dəyişdirməlidir.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb

Azərbaycan XİN İrana başsağlığı verib

Azərbaycan XİN İrana başsağlığı verib

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

XƏBƏR LENTİ
  • 22:35

    Qobustan qəsəbəsində yanğın baş verib
  • 22:23

    Azərbaycan PL-də 7-ci tura yekun vurulub
  • 21:35

    Hakan Fidan ABŞ-də səfərdədir
  • 21:12

    Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb
  • 20:20

    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
  • 20:09

    İranda güclü zəlzələ olub - YENİLƏNİB
  • 20:02

    Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi
  • 19:29

    Rusiyanın Pakistandakı səfirinin korteji minaya düşüb
Menyu