Polşa "Qazprom"un Yamal-Avropa qaz kəmərindəki paylarına məhdudiyyət qoydu

Operativ Media
Polşa "Qazprom"un Yamal-Avropa qaz kəmərindəki paylarına məhdudiyyət qoydu


Polşanın inkişaf və texnologiya naziri Valdemar Buda “Qazprom Yamal-Avropa”nın səhmlərinə həbs qoyulması barədə qərar qəbul etdiklərini açıqlayıb.


“Polşa hökuməti müvəqqəti olaraq “Qazprom”un Yamal-Avropa qaz kəmərindəki paylarına məhdudiyyət qoyub”, - nazirlikdən bildirilib.

Sözügedən addımın həmçinin Rusiyaya cavab olduğu da qeyd edilib.


"Polşa Rusiya təcavüzünün nəticələrinə qarşı çıxmaq və eyni zamanda Rusiya kapitalını və Rusiya təsirini azaltmaq üçün hər şeyi edir"- açıqlamada bildirilir. 


Qeyd edək ki, Polşada Rusiya qazını Avropaya daşıyan Yamal-Avropa boru kəmərinin sahibi olan “EuRoPol Qaz”ın səhmlərinin 48%-i Rusiyanın “Qazprom” enerji şirkətinə, 48%-i Polşanın PGNiG dövlət müəssisəsinə, 4%-i isə Polşa neft şirkəti PKN Orlen şirkətinə məxsusdur.

Digər xəbərlər