Məşhur jurnalist Elmin Bayramlı təltif edildi

admin
Məşhur  jurnalist Elmin Bayramlı təltif edildi

Dövlət Sərhəd Xidmətində Millli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirilib.

“Operativ Media” nın xəbərinə görə, tədbirdə DSX rəisinin müavini, general-leytenant Abbas Xəlilov və digər məsul şəxslər iştirak edib.

A.Xəlilov DSX-nın fəaliyyətinin ictimaiyyətə çatdırılmasında jurnalistlərin rolundan danışıb, bu əməkdaşlığın mühüm faydalarını qeyd edib.

O, DSX rəisi Elçin Quliyev tərəfindən qurumla əməkdaşlıq edən jurnalistlərin Milli Mətbuat Günü münasibətilə mükafatlandırıldığını bildirib.

Sonra Milli Mətbuat Günü münasibətilə bir qrup jurnalistə sərhəd mühafizə orqanlarının xidməti-döyüş fəaliyyəti haqqında ictimaiyyətin məlumatlandırılması işinə verdiyi töhfələrə görə “Hərbi əməkdaşlıq sahəsindəki xidmətlərinə görə” medalı və Fəxri fərmanlar təqdim olunub.

“Hərbi əməkdaşlıq sahəsindəki xidmətlərinə görə” medalı ilə təltif edilənlər sırasında "Xəzər" televiziyasının aparıcısı, hərbi journalist  Elmin Bayramlı da var.

Digər xəbərlər