24 Noyabr 2023, 17:01
Qızılca xəstəliyindən necə qorunmalı və müalicə olunmalı?
Qızılca xəstəliyindən necə qorunmalı və müalicə olunmalı? şəkil
Qızılca xəstəliyindən necə qorunmalı və müalicə olunmalı?

Ölkə ərazisində qızılca xəstəliyinə yoluxma halları müşahidə edilir. Hətta bu xəstəlik səbəbindən ölənlər də olub. Qızılca hava-damcı yolu  keçən kəskin yoluxucu virus xəstəliyidir. Yoluxucu virus infeksiyası olan qızılca insanlarda ciddi sağlamlıq riski yaradır. Qızılca virusu yüksək hərarət, xarakterik qırmızı səpgi, öskürək və burun axması da daxil olmaqla bir sıra simptomlarla özünü göstərir.

Mövzu ilə əlaqədar infeksion xəstəlikləri və klinik mikrobiologiya uzmanı Dr. Vasif Əliyev “Operativ Media”ya bildirib ki, qızılcanın tipik səpkiləri çıxmadan öncə insan 3-4 günlük qızdırmalı dönəmdən keçirir və daha sonra səpkilər başdan başlayaraq bütün digər ətraflara yayılır.

Vasif Əliyev: Hər kəsə potensial virus daşıyıcısı kimi yanaşmalı və özümüzü  ondan qorumalıyıq - "İki sahil"

O qeyd edib ki, xəstəlik üçün spesifik bir müalicə yoxdur, ancaq dəstək müalicəsi var:

“Bəzən qızılca xəstəliyini xüsusilə böyük insanlar ağır formada keçirə bilir ki, bu da ikinci bakterial ağırlaşmalara səbəb ola bilir. Pnevmoniya səbəb olduqda xəstələr qızılcanı daha ağır formada keçirir və hətta ölümlə nəticələnə bilir. Qızılcadan qorunmağın birinci yolu, təbii ki, xəstəliyə yoluxmuş insanlarla təmasdan qaçmaqdır. Eyni zamanda qızılcaya qarşı rutin peyvənd protokolu da var ki, uşaqlıq dönəmində vurulur. Lakin peyvəndlənməyən və daha əvvəl bu xəstəliyi keçirməyən insanlar insanlar risk daşıyıcılarıdırlar. Bu halda həmin xəstə ilə təmas olduqda virus asanlıqla sağlam kəsə yoluxa bilir”.

İnfeksionist deyib ki, xəstəliyin əlamətləri hiss olunduqda mütləq həmin adam xəstəxanaya izolyasiyalı palatada təqib olunmalıdır:

“Xəstə həkim nəzarətində qalmalıdır ki, zamanında  müdaxilə olunsun və  vaxtında ağırlaşmaların qarşısı alınsın. Lakin bu xəstəllik müəyyən səviyyəyə çatanda ölümlə nəticələnmir, sadəcə xəstəlik nəzarətsiz qaldığı müddətdə daha da ağırlaşır. Əgər xəstəxanada yer yoxdursa, məcburiyyət qarşısında ev şəraitində müalicə aparıla bilər. Bu simptomatik müalicədir, bu zaman hərarətsalıcı dərmanlardan və bol mayedən istifadə etmək, eyni zamanda simptomlara uyğun müalicənin aparılmalıdır, yəni hər hansı bir antiviral və antibakterial bir müalicədən istifadə olunmur”.

Həkim əlavə edib ki, bir dəfə qızılcaya yoluxan şəxs ikinci dəfə bu xəstəliyə yoluxmur.

Son xəbərlər
Xəzər dənizində zəlzələ olub
Pənah Hüseyn AXP sədrliyindən istefa verdi
"Qalatasaray" Türkiyə millisinin üzvünü transfer etmək istəyir
İsrailin Zəncana endirdiyi zərbə nəticəsində 2 SEPAH hərbçisi həlak olub
İranın bir gecədə İsrailə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 4-ə çatıb
Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək?
İranın hava məkanının bağlı qalma vaxtı uzadılıb
Ağ Ev: Tramp Kanadada Zelenski ilə görüşəcək