http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Avropada Azərbaycan qazının təzyiqi artır - TƏHLİL

04 Oktyabr 2022 , 17:46
Avropada Azərbaycan qazının təzyiqi artır - TƏHLİL

Azərbaycanın Avropanın qaz təchizatında rolu artmaqda davam edir. Hazırda bir müddətdir ki, davam edən müxtəlif siyasi katakilzmlər, müharibələr dayanıqlı, etibarlı enerji ünvanında Azərbaycanın adını ilk yerlərdə saxlayır.

Dayanıqlı, etibarlı tərəfdaş hər sahədə önəmlidir və bu məsələ enerji təhlükəsizliyi baxımından da keçərlidir.

Keçən günlər ərzində Azərbaycan qazı kəlməsinin Avropanın bir çox rəsmi şəxsinin dilində əzbərə çevrilməsi məsələnin mühüm əhəmiyyətini göstərir.

 Bolqarıstanın paytaxtı Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasiminin keçirilməsi məhz Azərbaycan qazı ilə bağlı idi. 

Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi mərasimdə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycanla bu kimi layihələr "qışda Avropanı qazla kifayət qədər təmin edəcək" deməsi, Bolqarıstanın müvəqqəti Hökumətinin rəhbəri Qılıb Donevin Azərbaycandan təbii qaz təchizatının artırılması imkanlarını alqışlayırıq söyləməsi, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin Azırbaycanla əməkdaşlığı bütövlükdə Avropa üçün xüsusi hadisə kimi dəyərləndirməsi, Rumıniyanın Baş naziri Nikolae-Yonel Çukenin Azərbaycanla layihə sahyəsində qaz təchizatının şaxələndirilməsi üçün bütün imkanlardan istifadə edilməsinin vacibliyini vurğulaması, Şimali Makedoniyanın Prezidenti Stevo Pendarovskinin Avropada ən çox arzuolunan şəxs - Azərbaycan Prezidenti deməsi, Bolqarıstan Prezidenti Rumen Radevin 'Prezident Əliyevin simasında özünü etibarlı tərəfdaş kimi sübut etmiş Azərbaycan" fikrini söyləməsi Avropa üçün Azərbaycanın nə qədər önəmini göstərdi. 

İrəlidə isə Avropada qış var, qaz anbarları doldurulmalıdır. Məsələn, Avropanın Qaz İnfrastruktur Operatorları Assosiasiyası (Gas Infrastructure Europe, GIE) bildirib ki, Avropa İttifaqı (Aİ) ölkələrində yeraltı təbii qaz anbarlarında doluluq səviyyəsi 90 %-lik göstəriciyə çatır.Bu görünür ki, 100 faizlik nəticə deyil.

Buna görə də, Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın qaz operatorları "Bulgartransgaz", "Transgaz", "FGSZ" və "Eustream" mövcud şəbəkələrlə əlavə təbii qaz həcmlərinin nəqli yolu ilə Aİ ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi üzrə birgə addımlar atmağı təklif ediblər. 

Şirkətlər vurğulayır ki, qısa müddət ərzində və minimal xərclərlə mövcud infrastrukturun təkmilləşdirilməsi Türkiyə və Yunanıstandan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiya vasitəsilə Mərkəzi və Qərbi Avropaya 5 milyard kubmetrədək təbii qaz nəql etməyə imkan verəcək. Bu, avropalı istehlakçılara Cənub Qaz Dəhlizi ilə daha çox qaz almaq üçün imkanlar yaradacaq.

Bütün bu sadalananlar və digər tədbirlər sayəsində Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatında göstərildiyi kimi 2022/23-cü il istilik mövsümü ərzində Azərbaycandan Avropaya boru xətti ilə qaz tədarükü illik müqayisədə 70 faiz artacaq. Sutkada Azərbaycan qazının Avropaya nəqli 33 milyon kubmetr təşkil edəcək.

Bu hələ son planlar deyil, Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovski öz Facebook səhifəsində yazıb ki, ölkəsi Yunanıstan-Bolqarıstan Interconnector (IGB) şəbəkəsinin bir hissəsi olmaq istəyir.

Perspektivi dəyərləndirənlər artır, Moldovanın Baş naziri Nataliya Qavrilitsa oktyabrın birinci yarısında Azərbaycanda səfəri zamanı ölkəsinə qaz tədarükünü müzakirə etmək niyyətindədir. Baş nazir bu il oktyabrın 10-12-də Azərbaycanın paytaxtında keçiriləcək ticarət-iqtisadi əməkdaşlıq üzrə Moldova-Azərbaycan hökumətlərarası komissiyasının iclası çərçivəsində Bakıya səfər edəcək. 

Azərbaycan qazının daha bir alıcısı Yunanıstanın ətraf mühit və energetika naziri Kostas Skrekasın Azərbaycana oktyabrın 18-də gələcək. Keçirilən görüşlərdə Azərbaycan qazı əsas müzakirə mövzusu olacaq. Çünki hədəf var ki, Azərbaycan Yunanıstanla birlikdə Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Azərbaycandan təbii qazın tədarükü ilə bağlı əməkdaşlıq məsələlərini daha da böyüdəcək. Məsələn, Azərbaycandan bu il Yunanıstana qaz ixracı 1.1 mlrd. kubmetr proqnozlaşdırılır.

 

Bolqarıstan və Yunanıstanla yanaşı Rumıniyaya Azərbaycan qazının ixracı ilə bağlı geniş işlər görüləcək. 

İndiyə kimi, qısa vaxt ərzində görülən işlərə gəldikdə isə, iki ildən az bir vaxtda Avropa 16 milyard kubmetrdən çox Azərbaycan qazı ilə təchiz edilib. Avropaya qaz təchizatı 2022-ci ilin sonuna qədər 40% artımla 8,2 milyard kubmetrdən 11,5 mlrd. kubmetrə yüksələcək. Növbəti addım olaraq 5 il ərzində Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə təbii qaz ixracının iki dəfə artırılaraq 20 milyard kubmetrə çatdırılması planlara daxildir.

 

Samir Cabbarov

OXŞAR XƏBƏRLƏR
Maliyyə Nazirliyi büdcədən vəsait alan qurumlara müraciət edib

Maliyyə Nazirliyi büdcədən vəsait alan qurumlara müraciət edib

Azərbaycan və Qırğızıstan gömrük sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib

Azərbaycan və Qırğızıstan gömrük sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib

AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

XƏBƏR LENTİ
  • 00:56

    Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
  • Dünən
    23:11

    “COP29” prezidenti ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə edib
    “COP29” prezidenti ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə edib
  • Dünən
    22:59

    Qaqauziya Kişinyovu hüquqlarını pozmaqda ittiham edib
  • Dünən
    22:44

    Mirzoyan: Rusiya ilə münasibətlərdə problemlər var
  • Dünən
    22:30

    Bakı metrosunda xəsarət alan var
    Bakı metrosunda xəsarət alan var
  • Dünən
    22:19

    Blinken: Çin Rusiyaya əsas silah tədarükçüsüdür
  • Dünən
    22:04

    Yermak və Siyarto arasında görüş olacaq
  • Dünən
    21:49

    BMT-nin baş katibi İranı təmkinli olmağa çağırıb
Menyu