http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycanda SMM gəlirli sahədir?

08 Yanvar 2024 , 11:26
2065
Azərbaycanda SMM gəlirli sahədir?

Son 10 ildir ki, Azərbaycan ən yeni və ən tələbatlı sahələrdən biri Sosial Media Marketinq sahəsidir. Sahə yeni olsa da, xeyli sayda bu işlə məğul olan insanlar var. Bəs yaxşı SMM menecer olmaq üçün nə lazımdır, SMM bir şirkətin gəlirlərinə, nüfuzuna necə təsir edə bilər və digər suallarımızı Admedia reklam agentliyi, rəqəmsal media və xüsusi layihələr üzrə departament rəhbəri Fidan Həsənzadə Axundova cavablandırıb.

Bir 1 kişi, gözlük ve yazı görseli olabilir

Əgər sosial media həyatımızda bu qədər önəmli bir yer tutursa, sizcə Sosial Media Marketinq nə qədər vacib bir sahədir?

- Həmişə mənə bu sual gələndə mən də qarşı tərəfə bir sual ünvanlayıram. Gecə yatmamışdan əvvəl və səhər yuxudan oyanan kimi etdiyin iş nədir? Əlbəttə, telefona baxmaq.

Günümüzün böyük qismini telefonla və ya komputer qarşısında keçiririk. Bu istər işlə əlaqədar olsun, istər asudə vaxtı dəyərləndirmək üçün, fərq etmir. SMM (Sosial Media Marketinq), şirkətlərin və markaların sosial media platformalarında öz mövqelərini təbliğ etmək və müştərilərlə təmas qurmaq üçün istifadə etdikləri bir marketinq strategiyasıdır. SMM brendlərin və ya şəxslərin auditoriya ilə daha yaxınlaşmağa və markaların rəqəmsal dünyadakı mövcudluğunu inkişaf etdirməyə kömək edir.

Rəqəmsal dünya isə 3 saniyəlik bir dünyadır. Əgər 3 saniyədə sosial şəbəkə izləyicisinin diqqətini cəlb edə bildinsə, uğurlusan deməkdir. Sosial media marketinq menecerləri bu rəqəmsal dünyanı idarə edən şəxslərdir. İdarə etmək heç də təsadüfi seçilmiş bir söz deyil. Artıq ölkəmiz də daxil olmaqla, dünyanın bir çox yerində verilən mühüm qərarlar ilk olaraq sosial media istifadəçilərinin qarşısına çıxarılır. Sosial mediada gündəm yaradılır və müzakirələrlə insanların fikri öyrənilir. Daha sonra bu və ya digər qərarların tətbiqi üçün yekun qərar alınır. Bütün bu gündəmi yaradanlar, idarə edənlər məhz SMM-lərdir. Bütün dünyada rəqəmsallıq bu qədər çox inkişaf etdikcə, SMM sahəsi də inkişaf edir və daimi gəlir gətirən bir sahəyə çevrilir.
 
SMM menecerlər nə qədər qazanır?

- Qeyd etdiyim kimi, rəqəmsal dünya çox önəmli və bir o qədər də gəlirli sahədir. Əgər siz yaratdığınız kontentlə məhsulu tanıda, sata, bəzən gündəmə çevirə bilirsinizsə deməli siz bu sahədə uğurlusunuz.
Ölkəmizdə rəqəmsal media sahəsində ixtisaslaşmış bir çox reklam agentliyi var. Nə xoş ki, bu sahədə uzunmüddətli fəaliyyətdə olan, qlobal markalarla çalışan, mükafatlar qazanan, səsgətirən işlər görən, qlobal agentliklərin ölkəmizdə fəaliyyət göstərən yerli ofisləri və bunlarla yanaşı yeni yaranan, kiçik müştəri bazası ilə çalışa agentliklər də var. Bu sferada fəaliyyət göstərən saysız şirkətin olmağı, rəqabətli sahənin yaranması keyfiyyətli iş görən, rəngarəng layihələr yaradan komandaların yaranmasına gətirib çıxarır.

Rəqabət artdıqca, bu sahədə keyfiyyət və kəmiyyətə görə seçimlər çoxalır. Azərbaycan rəqəmsal media sahəsində SMM Menecerlərin iş yükləri agentlik daxili qaydalara görə də dəyişir.

Bəzi agentliklərdə SMM-lər sadəcə yaradılmış kontenti paylaşaraq səhifəni idarə edir, bəzi agentliklərdə kontentlərin yaradılması prosesindən onlayn reklamların yaradılmasına qədər nəzarət edir, bəzi agentliklərdə hətta dizayn yükünü də SMM-lərin boynuna qoyurlar. Hazırda bu sahədə 350 AZN-dən, 1500 AZN-dək maaş aralığı mövcuddur. SMM-lərin əmək haqqı öz təcrübələri ilə yanaşı, çalışdıqları agentliyin təcrübəsi, müştərilərin marka dəyəri, iş yükünün həcmi, idarə edilən marka və səhifə sayından asılı olaraq dəyişkənlik göstərə bilir.
 
Sahədə hazırki vəziyyət, nə çatışmır?

⁠⁠- Azərbaycan rəqəmsal media dünyasında çatışmazlıqlar çoxdur. Bunların ən başında əvvəldə də qeyd etdiyim kimi agentliklərin əməkdaşlardan nə istədiyinin tam aydın olmamasıdır. Bəzən SMM menecerlərdən reklam ssenarilərinin yazılmasını, bəzən isə dizayner olması tələb olunur. Bir çox özəl şirkətlər bu sahə üzrə elan verərkən bütün bir marketinq departamentinin iş yükünü  SMM menecer pozisiyasına tələb kimi qoyur. Qarşılığında isə 500 AZN maaş verir.
 
Rəqəmsal media sahəsində çalışan insanlar 9-6 işləyən ofis işçisi deyil, bunu bu sferada olan hər kəs bilir. Bəzən bir gündəm yaranır və ona çox sürətli reaksiya bildirmək lazım olur. Öz işinə sevgi ilə bağlı olan bütün rəqəmsal medyaçılar bunun fərqindədir. Lakin bəəzn müştərilər SMM menecerləri şəxsi assistentləri kimi görür. Hətta bir çox yerdə bu vakansiyanın tələbində rəhbərə çay gətirmək də yer alır. Nə qədər gülünc olsa da, bu reallıqdır. Bu sahədə karyera qurmaq istəyən şəxslərə tövsiyəm odur ki, iş yeri seçərkən sadəcə maaşa baxıb “olsun” deməsinlər. Əgər gələcək karyeranızı düşünürsünüzsə, hansı marka, hansı komanda ilə çalışmağınız da çox vacibdir.
 
Bir çatışmayan cəhət isə frilans dediyimiz iş formasıdır. Azərbaycanda bir çox kiçik və ya orta sahibkarlar agentliklərə “çox” pul verdiyini düşünüb frilanser şəxslərlə çalışmağa üstünlük verirlər. Hər inkişaf edən sahədə olduğu kimi bu bazarda da frilanserlərin böyük rolu və yeri var. Lakin frilanserlər bəzən “ucuz qiymətə çox iş tutum” məntiqi ilə həddən artıq ucuz qiymətə fəaliyyət göstərir, bunun qarşılığında kopyala-yapıştır işlər görürlər. Bir ara 129,99 AZN-ə aylıq xidmət göstərən şirkətlər dəbə düşmüşdü. Təbii ki, markalar bu xülyanın da nəticəsi ilə tanış olub normal fəaliyyət göstərən agentliklərinə geri dönmüşdülər.
Frilans çalışmanın qaydalarını pozan müştərilərin də mövcudluğunu unutmaq olmaz. Frilans çalışan şəxsin müəyyən edilmiş iş saatı, iş yeri yoxdur. Əgər qoyulan zamana uyğun olaraq işlər qaydasında gedirsə, 08.00-da frilans əməkdaşı zəng edib yuxudan oyatmaq olmaz.
 
SMM-in iş yükü nədən ibarətdir?

-Sosial media marketinq menecerinin dünyada qəbul edilmiş iş sxemi var. O, şirkətlər və markalar üçün sosial media platformalarında marketinq strategiyalarını idarə edən və icra edən şəxsdən biridir. Bu rol, markanın sosial media platformalarında mövcud olan və potensial müştərilərlə əlaqə yaratmağa dəstək olur. SMM Menecer tərəfindən yerinə yetirilən başlıca vəzifələri sıralasaq, belə bir nəticə ilə qarşılaşmış olarıq:
 
Strategiyanın yaradılması: Brendin hədəf və məqsədlərinə uyğun olaraq onun sosial mediada davranışı, danışacağı dili təyin etmək işin ilk addımıdır. Bu sosial media strategiyasının yaradılmasıdır. Sosial media marketinq meneceri ilk olaraq brendi və onun rəqiblərini yaxşıca araşdırmalı, daha sonra brendə uyğun vizual dil, kommunikasiya mesajını təyin etməlidir. Daha sonra ikinci mərhələyə keçid etmək – yəni kontent planı hazırlamaq olar.

Kontentin idarə edilməsi: Rəqəmsal media geniş bir dəryadır və burada hədəf auditoriyanın diqqətini cəlb etmək üçün sadəcə 3 saniyə vaxtımız var. 3 saniyədə bizə lazım olan şəxsləri tutub səhifəmizə abunə etmək üçün yaradıcı və fərqli olmaq lazımdır. Yaradıcı və maraqlı kontent tərtib etmək, bunu daimi idarə etmək yaxşı sosial media marketinq mütəxəssisinin ən önəmli bacarıqlarından biridir.

Sosial Media kanallarının idarəsi: SMM strategiyanın əsas hissələrindən biri hansı sosial media kanalında brendi tanıtmaq lazımdır, onu bilməkdir. SMM menecer bütün rəqəmsal media alətlərini yaxşı bilməli, onların davranış qaydalarına uyğun kontentlər yaratmalı və idarə etməlidir. SMM kanallar məntiqi cəhətdən bir-birinə bənzəsə də, onların hər biri ayrı bir bilik tələb edir.

Analitika və Monitorinq: SMM-də fərqlənmək üçün rəqiblərin nə etdiyini, auditoriyanın sənin brendin haqqında nə düşündüyünü bilməli, analiz edib strategiyanı bu analizlərə görə yeniləməlisən. Yuxarıda da qeyd etdiyim kimi yaxşı bir SMM menecerin ən vacib bacarıqlarından biri müşahidə etmək və nəticə çıxarmaqdır.
Ödənişli reklamların yaradılması və idarə edilməsi: Artıq hər kəs bilir ki, sosial media kanallarında auditoriyanın qarşısına orqanik çatmaq çox çətindir. Bunun üçün hər sosial media kanalının özünəməxsus reklam yaratma bölməsi var. SMM menecer SM kanalların bu funksionallığını yaxından bilməli və istifadə etməyi bacarmalıdır.
Müştəri münasibətləri: Sosial medianın inkişafı ilə bərabər istehlakçı artıq bir kliklə istənilən brendə öz fikirlərini bildirə bilər. Bu zaman brendi idarə edən şəxslər müştəri ilə brend qaydalarını gözləyərək və etik qaydalara uyğun cavablar verməli, müştəri ilə marka arasında qırılmayacaq qədər mökhəm zəncir yaratmalıdır.
 
Fikirlərimi ümumiləşdirsəm, gələcəyin peşələri dedikdə rəqəmsal dünya bu sırada öz yerini indilərdən tutub. Buna görə də, rəqəmsal mediaya həvəsi olan şəxslər bu sahəni dərindən öyrənib karyerasını bu istiqamətdə qura bilər.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan Hərbi Hava Qüvvələri Naxçıvanda təlim keçib

Azərbaycan Hərbi Hava Qüvvələri Naxçıvanda təlim keçib

Pakistan Günü münasibətilə keçirilən hərbi paradda Azərbaycan hərbçiləri də iştirak edirlər

Pakistan Günü münasibətilə keçirilən hərbi paradda Azərbaycan hərbçiləri də iştirak edirlər

"Bu şəhərdə kimsə yoxdur"un hər bölümündə xüsusi sürprizlər olacaq" - Amiran Babayev ilə MÜSAHİBƏ

"Bu şəhərdə kimsə yoxdur"un hər bölümündə xüsusi sürprizlər olacaq" - Amiran Babayev ilə MÜSAHİBƏ

XƏBƏR LENTİ
  • 22:46

    Rusiya XİN: “Haitidəki xaos ABŞ-nin ölkənin işlərinə qarışmasının bariz nümunəsidir”
  • 21:48

    Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
    Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
  • 21:15

    “Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib
  • 20:50

    Tacikistan öz vətəndaşlarını Rusiyaya getməməyə çağırır
  • 19:56

    Çində tornodo nəticəsində 5 nəfər ölüb
  • 19:10

    Bakı metrosunda ölüm hadisəsi baş verib
  • 18:58

    Biləsuvarda ərzaq mağazasının anbarında yanğın olub
  • 18:37

    İçkili tanışını yumruqla öldürən şəxs saxlanıb
    İçkili tanışını yumruqla öldürən şəxs saxlanıb
Menyu