Azərbaycanın və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev bu gün növbəti döyüşünü keçirəcək.
"Operativ Media" xəbər verir ki, 5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı peşəkarların mübarizə apardığı “Karate Combat”da 4-cü sınağına çıxıb.
Ağır çəki dərəcəsində çıxış edən idmançımız titul döyüşündə qüvvəsini sınayıb. 37 yaşlı idmançı ABŞ təmsilçisi Raymond Danielsi məğlub edib.
Qeyd edək ki, bu Rafael Ağayevin ardıcıl 4-cü qələbəsidir.